Hakan Fidan: "Tezliklə Benqazidə Baş Konsulluğumuzu açacağıq"

img

06-02-2024 [15:51]


"Tezliklə Benqazidə Baş Konsulluğumuzu açacağıq".

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bunu Xarici işlər naziri Hakan Fidan n Maltanın Xarici İşlər, Avropa İşləri və Ticarət naziri İan Borq ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq bu barədə rəsmi qərar verilib: "Bingazidəki Baş Konsulluğumuzu yenidən açmağa qərar verdik, tezliklə açacağıq”.

Nazir əlavə edib ki, Malta səfərlərindən sonra Liviyaya gedəcək: "Biz Liviyanın problemlərini dialoq yolu ilə həll etməsini istəyirik. Biz şərqlə qərb arasında mövcud parçalanmanın qalıcı olmasını istəmirik".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA