Pakistanda terror: 10 polis əməkdaşı həlak olub

img

05-02-2024 [10:42]


Pakistanın Hayber Paxtunxva əyalətində silahlılar polis məntəqəsinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

Məlumata görə, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər: "Hazırda gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib".

Pakistan mətbuatı isə terror aktında "Pakistan Talibanı"nı (TTP) ittiham edir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq