İsrail daha 14 fələstinlini həbs edib

img

05-02-2024 [00:05]


İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha 14 fələstinlini həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.

Məlumata görə, İsrail son 24 saatda aralarında keçmiş məhbusların da olduğu 14 fələstinlini yenidən həsb edib: "Bununla da oktyabrın 7-dən bəri işğal altında olan İordan çayının qərb sahilində saxlanılanların sayı 6 min 512-yə çatıb".

Xəbərdə o da deyilir ki, son sutkada İsrail qüvvələrinin basqınları zamanı evlərə böyük ziyan vurulub, qəsəbələrdə bəzi infrastruktur dağıdılıb, fələstinlilərin maşınları qanunsuz olaraq müsadirə olunub.

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq