Premyer Liqa: "Sumqayıt" "Neftçi"ni əliboş yola saldı

img

04-02-2024 [17:49]


Bu gün Azərbaycan Premyer Liqasında "Sumqayıt" yeni statdionunda "Neftçi"ni qəbul edib.

Mia.az xəbər verir ki, oyun gözlənilmədən yerli komandanın xeyrinə başa çatıb - 2:1.

Oyunda hesab 8-ci dəqqədə açılıb. 37-ci dəqiqədə "Gənclər" şəhərinin komandası daha bir qola imza atıb.

"Neftçi" bu qollardan yalnız birinin əvəzini  90+7-ci dəqiqədə Filip Ozobiç penalti zərbəsi ilə çıxıb.

Bu qələbədən sonra "Sumqayıt" 34 xalla ikinci pilləyə yüksəlib. "Neftçi" isə 32 xalla üçüncü yerdə qərarlaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR