Kürdlərin partiyası İstanbulla bağlı qərar verdi

img

05-02-2024 [00:18]


Türkiyədə əsasən kürdlərin birləşdiyi Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM Partiyası) 31 martda keçiriləcək bələdiyyə seçkilərində İstanbuldan namizəd irəli sürəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə DEM Partiyası sözçüsü Ayşegül Doğan partiya qərargahında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, partiya olaraq seçkdə ötən sekidə olduğu kimi CHP namizədi Əkrəm İmamoğluna dəstək verilməyəcək: "Bu dəfə öz namizədimizlə İstanbuldan seçkiyə qatılacağıq. Fevralın 9-na qədər İstanbul da daxil olmaqla, namizəd göstərəcəyimiz adları açıqlayacağıq".

Sözçü namizədlər arasında həbsdə olan Səlahəddin Demirtaşın xanımı Başak Demirtaşın adının olub-olmayacağı barədə isə susla belə cavab verib:  "Başak xanımın da namizədliyi gündəmdədir. Hər şey ayın 9-na kimi dəqiqləşəcək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq