Teatrda ad günü oldu - FOTOLAR

img

18-06-2014 [15:22]


Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov 53 yaşını teatrda, sənət yoldaşları ilə birlikdə qeyd edib.

Teatrdan Mia.az-a verilən məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqsimət Lalayev, yaradıcı mühitdə sevginin, qayğının önəmini vurğulayıb. Obildirib ki, onun üçün iynənin ucu qədər bu teatra sevgisi, qayğısı olan hər kəs sevilməyə layiqdir. Bu baxımdan teatrın qapıçısından tutmuş, yaradıcı insanına, texniki işçisinə qədər hər bir kəsi sevir: 

"Ümumiyyətlə, sevgi olmayan yerdə işləmək qeyri-mümkündür. Sizə də məsləhətim odur ki, daim bir-birinizi sevin, həm xoş, həm də kədərli günlərdə bir-birinizə dəstək, dayaq, ürək-dirək olun...”.

Respublikanın xalq artisti Afaq Bəşirqızı isə kollektiv arasındakı münasibətin rəhbərlikdən qaynaqlandığını bildirdi: "Müsbət və mənfi auranın mənbəyi əsasən direktordır. Rəhbərlik necədirsə, bu münasibət işçilərə də sirayət edəcək. Bizim də borcumuz bir-birimizə olan sevgini qorumaqdır”. 

Teatrın quruluşçu rəssamı Nabat Səmədova, Əsgər Əsgərovun yüksək zövqə, intellektə, fantaziyaya malik həqiqi dost olduğunu bildirib: "Əsgər müəllim çox pozitiv insandır. Ən kədərli vaxtımda onunla qarşılaşanda müsbət enerji alıram. Bir rəssam kimi onunla yaradıcı tandemimiz də çox uğurlu alınır...”.
Əsgər Əsgərov, bu kiçik, amma səmimi, xoş yığlıncağa görə sənət yoldaşlarına təşəkkürünü bildirdi: "Sağ olun ki, yanımdasınız, hər halımı hiss edirsiniz, məni anlayır və mənə inanırsınız. Var olun!” 

Qeyd edək ki, ad günündə həmçinin aktyorlardan Gülcahan Salamova, Gültac Əlili, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, rejissor assistenti Tamilla Aslanova xoş arzu və diləklərlə Əsgər Əsgərovu təbrik ediblər. 





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq