Enes Ünal Premyer Liqaya transfer olunub - 16,5 milyon avroya

img

02-02-2024 [17:09]


İspaniyanın "Xetafe" komandasında çıxış edən və təxminən 7 aylıq zədədən yeni sağalan Türkiyə millisinin hücumçusu Enes Ünal İngiltərənin "Bornmut" klubuna transfer olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Xetafe" Klubunun prezidenti Angel Torres "Real Madrid" matçından əvəvl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Enes satınalma şərtiylə mövsüm sonuna qədər "Bornmuta" icarəyə verilib: "Onun transfer qiyməti 16,5 milyon avrodur. Bu səbəbdən Enes bu axşam "Real Madrid"lə matçının heyətinə daxil edilməyib".

Xatırladaq ki, 26 yaşlı Enes Ünal “Bursaspor”dakı karyerasından sonra (2013-2015) “Mançester Siti”YƏ transfer olunnub. O, daha sonra Belçikanın “Genk”, Hollandiyanın “Breda”, “Breda” və "Tvente", İspaniyanın “Vilyarreal”, “Levante” və “Valyadolid”ə icarəyə verilib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR