"Fənərbağça" sabah "Antalyaspor"un qonağı olacaq

img

02-02-2024 [14:49]


Türkiyə superliqasının 24-cü həftəsində "Fənərbağça" sabah səfərdə "Biteksen Antalyaspor"la qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Gorendon Airlines Park Antalya" stadionunda yerli vaxtla saat 19.00-da oynanılacaq qarşılaşmanı baş hakim Volkan Bayarslan idarə edəcək.

Onu da qeyd edək ki, 23 matçda 19 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə 60 xal toplayan "sarı-göylülər" top fərqi ilə "Qalatasaray"ı qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR