İngilis klubu türk oyunçu ilə anlaşıb - Şərtlər

img

02-02-2024 [00:16]


İngiltərə çempionatının komandalarından olan "Hall Siti" "Trabzonspor"dan Abdülkadir Ömürlə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə bağlı açıqlama yayaın "Trabzonspor" klubu transferi təsdiqləyib.

Bildirilib ki, futbolçu ilə 31.05.2027-ci il bitəcək müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib: "Razılaşmaya görə, futbolçuya xitam təzminatı ödənilməyəcək. Bununla yanaşı, Abdülkadir Ömürün "Hall Siti"yə transferi ilə bağlı razılıq əldə olunduğunu təsdiqləyirik. "Hull City" klubumuza müqavilənin ləğvi haqqı olaraq 2.500.000 avro ödəyəcək. Bundan əlavə, əgər "Hall Siti" İngiltərə Premyer Liqasına yüksələrsə, klubumuz əlavə olaraq 2 milyon 500 min avro ödəniləcək. Həmçinin, razılığa əsasən, futbolçu Türkiyəyə transfer olunarsa, üstünlük hüququ klubumuza məxsus olacaq”.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR