""Səbail" klubunun aşağı yaş qrupları üzrə komandaların düşərgəsində vəziyyət yaxşı deyil"
01-02-2024 [12:55]
"Səbail" klubunun aşağı yaş qrupları üzrə komandaların düşərgəsində vəziyyət yaxşı deyil. Paytaxt təmsilçisinin uşaq futbolunda heç də xoş olmayan hadisələr baş verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” idarəsinin - ASCO-nun himayəsində olan klubun aşağı yaş qrupları üzrə komandalarının bir hissəsi Qaraçuxur qəsəbəsində yerləşən, artıq fəaliyyətdə olmayan "Rəvan" klubunun akademiyasında məskunlaşıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, əvvəllər uşaqlar üçün buraya gəlmək o qədər də çətin deyidi. Çünki “Səbail” akademiyaya gələn azyaşlı futbolçular üçün avtobuslar ayırmışdı. Nəqliyyat vasitələri onları məşq edəcəkləri məkana gətirir, sonda isə əks istiqamətdə aparırdı. Bu, uşaqlar üçün olduqca əlverişli idi.
Ancaq bir müddətdir “dənizçilər” uşaqlar üçün ayrılan avtobusları ləğv ediblər. Səbəb kimi klubdakı maliyyə problemləri əsas göstərilib. Bu göstərişin klubun baş sponsoru olan ASCO tərəfindən verildiyi bildirilir. Bu da uşaqların məşqlərə gedib-gəlməsinə çətinlik yaradır. Şəraitsiz, meydançası yararsız vəziyyətdə olan "akademiya"da futbolla məşğul olmağa çalışan azyaşlılar indi nəqliyyat baxımından da problem yaşayırlar.
Övladlarının üzləşdiyi çətinliyi görən valideynlər çıxış yolunu onları klubdan ayırmaqda görüblər. Kütləvi şəkildə azyaşlı futbolçular “Səbail”i tərk etməyə başlayıb.
Məsələ ilə bağlı "Səbail"in də mövqeyini öyrəndik. Paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov sorğumuzu belə cavablandırıb:
“Səbail” Peşəkar Futbol Klubuna akademiyanın fəaliyyəti ilə bağlı bu və ya digər formada heç bir şikayət daxil olmayıb. Akademiyamızın bütün yaş qruplarında çıxış edən uşaq və yeniyetmə futbolçular zəruri geyim, top, oyun və məşq üçün zəruri olan digər avadanlıqlarla təmin olunub. Eyni zamanda, komandalarımızın oyunlara getməsi üçün müvafiq qaydada nəqliyyat vasitəsi ayrılır. Məşqlər üçün nəqliyyat vasitəsinin ayrılmasına gəlincə, klubun belə bir öhdəliyi yoxdur”.
Çox maraqlıdır, cari mövsümdə “Səbail”in iştirak ərizəsində 11 legionerin adı var. Təkcə yay transfer pəncərəsində 7, qış fasiləsində isə 2 əcnəbi futbolçu transfer edilib. Bu qədər gəlmənin xidmətindən yararlanan klubun faktiki olaraq heç bir məqsədi, strategiyası, hədəfi yoxdur. Paytaxt təmsilçisi əcnəbilərə ildə 2-3 milyon dollar məvacib ödəməyə pul tapır. Di gəl ki, Rauf Vəliyevin sədri olduğu ASCO uşaq futboluna bu məbləğin 1/10 hissəsini belə qıymır. Vəliyev azərbaycanlı uşaqların pulunu kəsib əcnəbilərə verir. Yəqin ki, Azərbaycana sevgisindəndir...
Qubada ayılar kəndə hücum edib - Heyvanları parcalayıblar
"Qalatasaray"ın baş məşqçisi: "Özümüzü buna görə bağışlamayacağıq"
"Mən heç bir əməliyyat keçirtməmişəm, yalandır" - Nazir "necə arıqlamısız?" sualını cavabsız qoyub
Azərbaycan nefti cüzi ucuzlaşdı
"Sədərək Yusif"in qardaşı uşaqlarına cinayət işi açılıb, həbs var - Vəkildən açıqlama
Ərdoğanın mikrofonu qapadıldı, yoxsa...? - BMT tribunasında yaşanan olaya rəsmi reaksiya + VİDEO
Yoxa çıxan iki məşhur müğənninin cəsədləri tapıldı
Ali Koç: "Artıq düşmən işəridə deyil, kənarda axtarmağın vaxtıdır"
Sabirabad rayonunda zəlzələ olub
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə - FOTOLAR
Ceyhun Bayramov ABŞ-da Almaniya XİN başçısı ilə müzakirə aparıb
LAÇINA DAHA 86 NƏFƏR KÖÇÜRÜLDÜ
Fələstin XİN: "Fransanın bu qərarı tarixi və cəsarətli addımdır"
Quterreş: "Fələstinlilər üçün dövlət qurmaq mükafat deyil, haqqdır"
Polşa rus təyyarələrini vuracaqları barədə xəbərdarlıq etdi: "Sonra gəlib sızlamayın" - İmperiya dövrü bitdi"
Baş məşqçi: "Açığı, öldüm-dirildim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fransa da Fələstini dövlət kimi rəsmən tanıyıb
"Altay"da dəyişiklik - Yusuf Şimşək baş məşqçi təyin edildi
Prezident İlham Əliyev ABŞ-da: görüşlər olub - FOTOLAR (YENİLƏNİB)
Mourinyo: "Benfika" "Qarabağ"a uduzan günün sabahı..." - Ali Koç məni maraqlandırmır"
Ukrayna PUA-larla Moskvaya zərbə endirməyə başlayıb - Mer açıqladı
Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda: "Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan..." - VİDEO
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - Tələblər var (YENİLƏNİB)
Möhlət hüququ olan tələbə necə "tor"a salınıb? - Məhkəmə işi
Bakı aeroportunda həyəcan siqnalı: nə baş verib?
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış oldu
Ankarada biznesmen güllələnib - Sürücü tərəfindən
"Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir" - Mikayıl Cabbarov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bələdiyyə sədri MHP-dən istefa verdi
Tələbə bıçaqlanıb
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"