Fransada polis fermerlərin aksiyasını dağıdıb: 79 nəfər saxlanılıb

img

01-02-2024 [10:04]


Fransız fermerlərin hökumətin kənd təsərrüfatı siyasətinə etiraz olaraq keçirdikləri alsiya dağıdılıb

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Parisə doğru yürüş edən fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar. 

Məlumata görə, 79 fermer saxlanılıb, onların traktorları müsadirə edilib.

Xatırladaq ki, fermerlər hökumətin Avropa İttifaqının şərtlərindən asılılığını azaltmasını istəyirlər.

Bu arada Belçikada fermerlərin başlatdığı etirazlar davam edir. Onlar da traktorlarla Brüsseldə doğru yürüş ediblər.

Avropa Birliyi binası qarşısında çıxış edən belçikalı fermerlər əsas yolları nəqliyyatın hərəkətinə bağlayaraq tələblərinin yerinə yetirilməsini istəyiblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR