İordan çayının qərb sahilində gərginlik: həbslər davam edir

img

01-02-2024 [00:09]


İsrail qüvvələri Qəzza zolağına hücumlarla yanaşı, işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi son hesabatını yayıb.

Hesabata əsasən, İsrail ordusu oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 6420 fələstinlini əsassız olaraq həbs edib: "Saxlanılanlardan 215-i qadın, 400-dən çoxu isə uşaqdır. Bundan başqa, qanunsuz saxlanılanlar arasında 51 jurnalist də var".

Məlumatda iddia olunur ki, İsrail qüvvələri saxlanılan fələstinlilərə işgəncə verirlər: "Onlara qarşı hər hansı bir ittiham irəli sürülmədən həbs edirlər...".

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA