Türkiyə klubu seneqallı mərkəz hücumçusu ilə anlaşıb

img

01-02-2024 [09:07]


"Qaziantep" Futbol Klubu daha bir futbolçu transfer edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qaziantep FK" Fransa Liqa 2 komandalarından "Bordo"da çıxış edən seneqallı mərkəz hücumçusu Aliou Badji ilə anlaşıb.

Klubdan verilən məlumata görə, onunla mövsümün sonuna qədər müqavilə imzalanıb: ""Qaziantep" Futbol Klubumuz Fransanın "Jirondins Bordo"da mövsümün sonuna qədər icarə əsasında çıxış edən Aliou Badji ilə anlaşıb. Yeni transferimiz Aliou Badji iləı artıq müqavilə bağlanıb. Aliou Badjini klubumuzda salamlayırıq və ona böyük uğurlar arzulayırıq".

Xatırladaq ki, karyerası boyu 224 matça çıxan Aliou Badji ümumilikdə 62 qol vurub, 25 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR