Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub - BƏƏ-nin vasitəçiliyi ilə

img

31-01-2024 [21:00]


Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib  ki, həyata keçirilən uğurlu vasitəçilik səyləri ölkənin Rusiya və Ukrayna ilə möhkəm münasibətlərinə əsaslanır.

Bəyanatda Abu Dabinin Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyi qeyd olunub.

Xatırladaq ki, yayılan məlumata görə, budəfəki əsir mübadiləsində 207 ukraynalı əsirə qarşı 195 rus əsgəri dəyişdirilib.

Tahir 

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq