Azərbaycanlı idmançı “CONSTRICTOR Team” sertifikati ilə mükafatlandırılıb - FOTO

img

31-01-2024 [20:37]


Azərbaycanın Kickboxing MMA idmançısı Rüstəm Müslümov və onun məşqçisi Serbiyanın Kula şəhərində Kickboxing MMA ve Jiu Jitsu üzrə keçirilən təlim məşq toplanışında iştirak edib.

Bu barədə Mia.az-a məlumat verən idmançı deyib ki, onun təlim məşq toplanışında iştirakı tədbirin təşkilatçılarının dəstəyi əsasında baş tutub.

Təlim məşq toplanışında və keçirilən döyüşlərdə Azərbaycanın adını layiqincə təmsil edən Rüstəm Müslümov təşkilatçılar tərəfindən “CONSTRICTOR Team” müvafiq sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, zaman-zaman döyüşçümüz Rüstəm Müslümov bir sıra beynəlxalq idman tədbirlərində, yarışlarında iştirak edir.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR