İrandan gözlənilməz qərar: 28 ölkənin vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv olunub

img

31-01-2024 [12:55]


İran 28 ölkənin vətəndaşları üçün vizanı birtərəfli qaydada ləğv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tehran rejimi bu qərarı turizmi canlandırmaq üçün verdiyini açıqlayıb.

Qeyd olunub ki, fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv ediləcək.

İRNA-nın məlumatına görə, bu barədə açıqlama verən xarici işlər nazirinin müavini Əli Rza Bigdeli bildirib ki, viza azadlığı Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, Hindistan, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla, ümumilikdə 28 ölkəyə tətbiq olunacaq: "Bu ölkələrin vətəndaşları hava limanında və ya quru sərhədlərindəki məntəqlərdə viza alaraq ölkəmizə rahat girə biləcək".

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq