ABŞ "Husilər"in raketini havada vurub - Açıqlama

img

31-01-2024 [12:31]


ABŞ Qırmızı dənizdə Husilərə məxsus gəmi əleyhinə raketi vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.

Bildirilib ki, husilərin Qırmızı dənizdə Amerika gəmisinə tuşlanan raketi hədəfə dəymədən havada zərərsizləşdirilib: "İranın dəstəklədiyi husilər Qırmızı dənizə doğru gəmi əleyhinə qanadlı raket atıblar. Raket USS Gravely tərəfindən vurulub. Xəsarət alan və dağıntı yoxdur".

Xatırladaq ki, bundan əvvəl Husilərin sözçüsü Yəhya Seri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesini “uyğun dəniz raketləri” ilə vurduqlarını açıqlamışdı.

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR