"Başakşehir" klubu Olivier Kemeni heyətinə qatıb - 3.5 illik müqavilə imzalanıb

img

31-01-2024 [00:02]


Türkiyə Super Liqasında çıxış edən "RAMS Başakşehir" daha bir futbolçu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Başakşehir" "Mondihome Kayserispor"la yollarını ayıran kamerunlu futbolçu Olivier Kemenlə yeni müqavilə imzalayıb.

Klubdan bildirilib ki, 27 yaşlı futbolçu ilə 3,5 illik razılıq əldə olunub.

Xatırladaq ki, mövsümə "Mondihome Kayserispor"la başlayan Kemen 13 oyunda 2 qol vurub. 

Onu da qeyd edək ki, Olivier Kemen Kamerin yığmasının da üzvüdür.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq