Qəzzada həlak olanların sayı 26751 nəfərə çatıb - "Dağıntılar altında yüzlərlə ölü var"

img

30-01-2024 [16:13]


Qəzzada həlak olan mülki əhalinin sayı günü gündən artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra son məlumatı paylaşıb.

Onun sözlərinə görə, son 24 saatda Qəzzada daha 114 fələstinli öldürülüb, 249 nəfər isə yaralanıb: "Bununla da 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayı 26 min 751, yaralı sayı isə 65 min 636-a yüksəlib".

Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, bütün bunlarla bərabər, dağıntılar altında yüzlərlə ölü var: "Təəəssüf ki, İsrailin fasiləsiz hücumlarına görə onların cəsədlərini çıxara bilmirik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq