Şimali Koreya dünyaya meydan oxuyur: dənizə növbəti qanadlı raketlər buraxılıb

img

30-01-2024 [09:49]


"Şimali Koreya yenə qanadlı raketlər buraxıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Cənubi Koreya Baş Qərargahı yayıb.

Qərargahdan bildirilib ki, Şimali Koreya yerli vaxtla saat 07:00-da Sarı dənizə doğru növbəti qanadlı raketlər atıb.

Açıqlamada qanadlı raketlərin sayı, uçuş məsafəsi, orbitləri və hədəfki haqda informasiya verilməyib. Ancaq bunun bölgədə gərginliyi artırdığı xüsusi vurğulanıb: "Ordumuz Şimali Koreyanın təxribatlarını yaxından izləyir".

Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR