Burak Yılmaz ilk oyununda uğur qazana bilməyib

img

30-01-2024 [00:03]


Burak Yılmazın yeni sükanı arxasına keçdiyi "Kayserispor" doğma meydanda "Antalyaspor"la üz-üzə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Yılmaz ilk oyununda qalib gələ bilməyib.

Baş hakim Direnç Tonusluoğlunun idarə etdiyi qarşılaşma 1:1 hesabı ilə bitib.

Oyunda qolları 31-ci dəqiqədə “Antalyaspor”lu Sem Larsson açsa da, Burak Yılmazın yetirmələri 61-ci dəqiqədə Ali Keriminin qolu ilə hesaba tarazlıq gətirib.

Bu hesabla "Kayserispor" 27 xalla 12-ci pilləyə yüksəlib. "Antalyaspor" isə 34 xalla 6-cı pilləni qoruyub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq