BİZİM MEYXANAÇILAR
29-01-2024 [12:07]
Qalib ARİF
(“Mənim fikirlərim” silsiləsindən)
***
Bizim meyxanaçılar, ümumiyyətlə meyxana sənəti haqqında danışmaq istəyirəm. Meyxana da söz-şer sənətinin qollarından biridir, insanların müəyyən hissəsi tərəfindən sevilir və izlənilir.
Düşünürəm ki, meyxana hardasa aşıq sənəti kimidir, ola bilsin ki, forma fərqlidir, amma məzmun eynidir. Hər ikisində söz bədahətən, yəni fikirləşmədən, musiqili deyilir, hər ikisində deyişmə əsas cəhətlərdən biridir. Siz meyxana sənətində Şəhriyarla Vahidin, aşıq şerində Səməd Vurğunla Zəlimxan Yaqubun deyişməsini təsəvvür edirsinizmi?! Şübhəsiz ki, bütün müqayisələr qusurludur, amma bu, keyfiyyəti üzə çıxarmağın əsas yoludur. Olsun ki, meyxana bir az çətindir, çünki aşıq şeri sərbəst, qoşma kimi deyilir, meyxana şeri isə, əruz vəznindədir, faktiki olaraq, qəzəldir...
Böyük Şəhriyar şer haqqında “Ürək qanı ilə yaranan sözlər, fikrin şanəsiylə daranan sözlər” deyir. Bəli, yalnız bu halda şer “Tutulmuş gözləri aça bilən söz, illərin üstündən uça bilən söz” olur. Deməli, şair olub söz dalınca düşənin, meyxanaçı, ya aşıq – fərqi yoxdur, ilk növbədə fitri istedadı, yəni “Ürək qanı” olmalıdır ki, sözlər musiqi ahəngi ilə yaransın. Yeri gəlmişkən, şer, poeziya sözlərin musiqisidir, musiqisiz şer cansız cisim kimidir. Sonra, şairin savadı, dünyagörüşü onun istedadını tamamlamalı, yaranan sözlər “Fikrin şanəsiylə” daranmalıdır, şer formasında bir-birinə calanmalıdır. Mübaliğəsiz demək olar ki, hazırda aşıq və meyxana sənətinin əsas uğurlarından biri, bəlkə də birincisi “Ürək qanı”nın - istedadların çox olmasıdır. Amma qusurlar da yox deyildir, hətta ötəri bir baxış da göstərir ki, hər iki sahədə “Fikrin şanəsi”, yəni savad dərəcəsi, dünyagörüşü bir qayda olaraq, mükəmməl deyildir...
Deməli, meyxana şeri də mükəmməl deyildir, amma öz uğurları, qüsurları ilə birlikdə çox maraqlı bir sənət sahəsidir. Kim nə deyir-desin, bu sahənin Ağasəlim, Nizami Rəmzi kimi böyük söz ustadları olub, Ramiz Təkani kimi söz sənətkarı var, mübahisəsiz, mübaliğəsiz əsl şairdir onlar. Onların sözü, şeri düşündürəndir, adamın əlindən tutub qəlbinə girəndir, keçmişi dilləndirən, bu günü göstərən, gələcəkdən xəbər verəndir. Burda da, məzmun oxşar olsa da, formalar bir az fərqlidir. Meyxanaçı şairləri şərti olaraq 3 qrupa - pafoslu, musiqili və mənali – bölsək, Ağasəlim birincilərin, Nizami Rəmzi ikincilərin nümayəndəsi idi, Ramiz Təkani isə üçüncüləri təmsil edir. Ağasəlim hətta qəzəllərini də pafos, coşqu ilə deyirdi, Nizami Rəmzi meyxanaya musiqi gətirdi, Ramiz Təkani isə, fikri, mənanı bir məqsədə çevirdi.
Düşünürəm ki, burda bir məqamı xüsusi vurğulamaq lazımdır. Musiqili meyxana demək üçün müvafiq səs diapazonu və yüksək musiqi duyumu, mənalı meyxana demək üçün isə, müəyyən savad və geniş məlumat bazası lazımdır. Odur ki, hazırda pafoslu (oxu: qışqırıqçı) meyxanaçıların sayı sürətlə artır. Məsələn, Ağamirzə pafoslu meyxana deyir, Rəşad Dağlı də bu yolla gedirdi, hazırda populyar olan Balaəli də uğurla bu yolu davam etdirir. Kərim nə deyirdisə, musiqili deyirdi, Vüqar Maştağalı, Namiq Qaraçuxurlu da bu qəbildəndir. Aydın Xırdalanlı isə, mənaya üstünlük verirdi. Namiq Məna, Oqtay Kamil kimi meyxanaçılar da bu yolla gedir. Təbii ki, hər qrupa azarkeşlik edənlər, meyxana dinləyənlər var. Məsələn, mən mənalı meyxananı sevirəm və dinləyirəm. Bu qrupun parlaq nümayəndəsi olan Ramiz Təkaninin demək olar ki, bütün əsərlərini, şer və qəzəllərini izləyirəm.
Və son olaraq. Bədahətən meyxana, şer demək, həm də musiqili və mənalı demək çətindir, həddindən artıq çətindir. Ümumiyyətlə, söz deyə-deyə fikirləşmək, mənalı suallar, cavablar vermək ancaq dahilərin işidir. Hamı Şəhriyar, Vahid, Vurğun, ya Zəlimxan ola bilmir. Birinin istedadı, o birinin savadı, üçüncünün musiqisi əskik gəlir. Amma meyxanaçı toya gedəcəyi, səhnədə, ya TV-də görünəcəyi vaxtı, ən azı bir-iki gün əvvəldən bilir. Deməli, hazırlaşmaq, meyxananın, qəzəlin mətnini, sözlərini yazmaq və yadda saxlamaq olar. Toyda, ya efirdə isə, bəzi sözləri, hətta fikirləri qafiyəyə və musiqiyə uyğun bədahətən dəyişmək olar. Onda, hazırda meyxana deyişmələrində müşahidə olunan mənasız sözlər, məntiqsiz fikirlər, lazımsız təkrarlar, hecadan və qafiyədən çıxmalar, yersiz pauzalar da azalar, ən əsası isə, dinləyicilər və izləyicilər razı qalar. Meyxanaçının da sözü məna, cibi pulla dolar, adı da ucalar...
MİA.AZ
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam