"Azərbaycan Tehrandakı səfirliyin bərpası üçün iki əsas məqamı gözləyir" - Ceyhun Bayramov

img

27-01-2024 [11:21]


"Ötən il bu vaxtı Azərbaycanın İrandaklı səfirliyinə hücumun bütün xalqa böyük zərbə idi".

Mia.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, ötən ilin 27 yanvar tarixində Tehrandakı səfirliyimizdə terror aktı törədilmişdi: "Bu gün şəhidimiz Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdi. Bir il bundan öncə baş verən terror bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi. Ən kəskin şəkildə bu akt pislənmişdi, beynəlxalq təşkilatlar da mövqeyini ifadə etmişdi".

Ceyhun Bayramov İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqam var. Əsas məsələ isə baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir: "İkinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir. Çünki insanlarımızın həyatını riskə ata bilmərik".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq