"Əl-Əqsa" məscidi ətrafında namaza imkan verilməyib

img

26-01-2024 [15:01]


İsrail polisi "Əl-Əqsa" məscidi ətrafında namaza imkan verməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail polisi Məscidül-Əqsa ətrafında cümə namazı qılmaq istəyənlərə bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

Məlumata görə, İsrail polisi həmin hadisələri lentə alan jurnalistlərə də zor tətbiq edib.

Yayılan videokadrlarda isə fələstinli gənclərdən biri "“Məscidül-Əqsa, Qüds bizimdir” deyərək şüar səsləndirib. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR