Qəzzada savaş: ölənlərin sayı son bir həftədə 1280 nəfər artıb

img

26-01-2024 [00:15]


Qəzzada son 124 saatda 200 fələstinli həyatları ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyinin günlük hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, İsrail ordusunun Qəzza zolağını bombardmanı nəticəsində son bir həftədə 1280 fələstinli həlak ollub: "İsrailin təkcə son 24 saatda törətdiyi 21 qırğında 200 fələstinli həyatını itirib, 370 nəfər isə yaralanıb. Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən, Qəzzada həlak olan mülki fələstinlilərin sayı 25 min 900 nəfərə, yaralı sayı isə 64 min 110 nəfərə çatıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR