Pentaqon İraqdakı ABŞ əsgərləri ilə bağlı danışıqlara hazırlaşır - Açıqlama

img

26-01-2024 [00:09]


"Biz İraqdakı ABŞ əsgərlərinin gələcəyi ilə bağlı Bağdad iqtidarı ilə danışıqlara hazırlaşırıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Lloyd Ostin deyib.

Onun sözlərinə görə, ABŞ və İraq hökuməti arasında qurulan ABŞ-İraq Ali Hərbi Komissiyasının işçi qrupunun iclasları yaxın günlərdə başlayacaq: "Görüşlərdə ABŞ hərbi varlığının İraqdakı gələcəyi müzakirə ediləcək".

Qeyd edək ki, hazırda ABŞ-ın İraqda təxminən 2500 hərbçisi var.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA