AŞPA-nın duzsuz aş davası
25-01-2024 [20:33]
Əli Cabbarov,
“Naxçıvan” Universitetinin dosenti
***
Sağlam cəmiyyət qurub təbii üsullarla yeni insan nəsli yetişdirməkdən könüllü imtina edərək ailədə uşaq əvəzinə it saxlamaqla cismən və ruhən qocalmış Avropanın bir o qədər də qocalmış siyasətçilərinin Azərbaycana qarşı oynamaq istədiyi oyunu vaxtında pozan təmsilçilərimizin bəyanat yayaraq AŞPA-nı tərk etmək qərarı, əslində, unudulmaqda olan bu siyasi qurumun adını yenidən dünya gündəminə qaytarmaqla bir növ ölkəmizə qarşı aparılan ikili standartları da ifşa etdi. Erməni mediasında belə tam mətni şərhsiz yayılan bu bəyanat Avropa parlamentarilərinin bizə qarşı nə etmək istədiklərini yox, daha çox nə qazanmaq istədiklərini ortaya qoyur.
Əvvəla, İkinci Dünya müharibəsindən sonra ilk dəfə bu qədər geniş müharibə və münaqişələrlə üz-üzə qalmış Avropanın gedərək Amerikanın daha
da dərin təsirinə düşdüyünü anlayınca AŞPA-nın gündəmi dəyişmək üçün, necə deyərlər, söhbəti fırlayıb, hər şeyi Azərbaycanın üzərindən oynamasını görməmək mümkün deyil. Elə buna görə də Ukraynaya dəstək məsələsində getdikcə ikiyə bölünən Avropanın Rusiyanın sabah Polşaya da hücum edəcəyini təsəvvür edərək indidən dəhşət ssenarisinə hazırlaşmasını paralel olaraq Azərbaycanın da guya Zəngəzura qoşun yeridəcəyi barədə erməni cəmiyyətinə hopdurulmuş qorxu ilə eyniləşdirdikdə AŞPA-dakı həmin 76 nəfər deputatla ermənilərin DNT kodlarının bir-birinə bənzədiyini düşünməkdə haqlı ola bilərik. Şübhəsiz, hələ ki, cənab Borellə qorillanın nə dərəcədə qohum olduğunu bilməsək də, amma ortaq xristian klubu üzvlüyü və keçirdikləri qeyri-adi həyat tərzinin rəng çalarları tərəflərin bir-birinə olan simpatiyasının əsl səbəbini açmağa imkan yaradır.
Fransızcada bilmirəm, amma ingiliscədə “yazığı gəlmək” mənasını verən “simpatiya” ifadəsinin gerçəkdənmi Strasburq-İrəvan ikilisi arasında çox-çox səmimi oluğunu düşünmək, yumşaq desək, sadəlövhlük olardı. Zira, bu saat hayların yarısı Paşinyan hayından, yarısı da Putinin vayından çox qorxduğu üçün onların heç 5 min nəfəri də AŞPA-dakı bu qərarın mahiyyətini belə başa düşmür. Digər bir tərəfdən də Avropadakı siyasi oyunların baş aktyorlarının özləri də sonda mütləq bir ingilis vetosuna tuş gəlib yerində oturacaqlarını yaxşı bildikləri üçün belə siyasi malzəmələrin elə-belə, yəni dadsız-duzsuz aş formatında yoğrulmasına heç etiraz etmirlər. Başqa sözlə, sabah, Allah eləməsin, bir gecənin qara buludu ilə buzlar əridiyi kimi sabah Kiyev-Moskva yaxınlaşması da olarsa, Avropaya bunun nəyə başa gələcəyi, nə qədər pulların batacağı indidən Avropadakı keçəl məddahların yuxusunu yamanca qarışdırır. Qəfil siyasi qərarlardan sonra buqələmun olmağı hamı yaxşı bacarmır axı. Deməli, belə çıxır ki, heç qardaş Türkiyə ilə də yaxşı əlaqələri olmayan bu avropalı parlamentarilər şuradakı cəfəng qərarlara səs verərkən separatçılıqdan və işğaldan başı bu qədər əziyyətlər çəkmiş ukraynalı deputatların da üzünə baxanda, yəqin ki, sarı-mavi rəngə boyanıblar.
Avropalılar rəng dəyişdirməkdə olsunlar, amma bu gün üçrəngli bayrağımızın hər yerdə dalğalandığı suveren Azərbaycanda hamı AŞPA-nı həmişəkindən daha yaxşı tanıyır. Təkcə ona görə yox ki, ötən 19 ildə bu siyasi qurum ölkəmizin qarşılaşdığı ikili standartların hazırlandığı bir məclis olub. Həm də ona görə ki, Cənubi Qafqazda davamlı sülh yaradılması istiqamətində Azərbaycan və Ermənistan arasında birbaşa təmasların yaradıldığı bir məqamda AŞPA-nın baş aşpazları söhbəti yenidən 30 il əvvələ, Azərbaycanın işğala məruz qaldığı illərə qaytarmaqla, əslində, bu mövzunun heç zaman bitməyəcəyinə də özləri bilmədən səs verdilər. Bu gün baş vermiş bütün bunlardan sonra sabah Strasburqda, yaxud haradasa bir beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən hər kəsin artıq tam haqqıdır ki, özü ilə bərabər Cənubi Qafqazın 1918-ci ildə Fransada çap olunmuş xəritəsini gətirib, bunun əsasında çıxış etsin, faktları ortaya qoysun. Çünki məsələyə bir də adadan baxsaq, Nyutonun məşhur 3-cü qanunu tam yerinə düşür: F = mənfi F!
AŞPA-nın dünənki, daha doğrusu, Azərbaycan nümayəndə heyətinin parlamenti tərk edəndən sonra verdiyi cəfəng qərar artıq tarixin zibilliyindədir. Azərbaycanın isə qarşıda xeyli işi-gücü var. Xalqımız yeni, bütöv Azərbaycanın daha da güclü gələcəyi üçün səfərbər olacaq. Bunun üçün dövlətimizin güclü konstruktiv siyasi iradəsi və zəngin tarixi-mədəni keçmişi vardır. Otuz il erməni işğalından əzab çəkmiş Azərbaycan keçmişdə olduğu kimi, böyük Qələbəmizdən sonra da tarixi gerçəklikləri unutmamaq şərti ilə dünya ilə, öz qonşuları ilə hər cür siyasi dialoqa, hər cür iqtisadi-mədəni əlaqələrə hazır olduğunu bütün platformalarda dilə gətirmiş, trilyon dollarımız olmasa da, ölkəmizin ən tolerant, ən rahat və ən qonaqpərvər diyar olduğunu sübut etmişdir.
Bir də bizim Avropada nə işimiz var axı?!
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL