Zahid Oruc İctimai TV-də 5-ci çıxışında: "Biz universiteti Qərbdə, ticarəti Şərqdə etməliyik" - "Biz elə etməliyik ki, vətəndaş rahatlıqla..." (VİDEO)

img

25-01-2024 [15:29]


Prezidentliyə namizəd Zahid Orucun İctimai TV-də 5-ci çıxışını edib.

Mia.az həmin çıxşı təqdim edir:

Əziz həmvətənlər,

1996-cı ilin dekabrın 2-də ATƏT-in Zirvə görüşündə baş verən siyasi sirləri üstündən 25 il sonra açan Levon ter- Petrosyanın sözləri ilə başlamaq istərdim-o, deyir, xarici işlər naziri Voskanyan qorxu içində konfransdan əvvəl mənə yaxılaşıb dedi: “Heydər Əliyev neft müqavilələri hesabına yeni qətnamə hazırlatdırıb. Bütün Qərb dövlətləri onun sözünü deyir”. Petrosyan əlavə edir ki, bundan sonra Əliyev danışıqlarda Qarabağ təmsilçilərinin iştirakına imkan vermədi və zaman onların xeyrinə işlədi.

Bəli, həqiqətən də xalqımızın və dövlətimizin xeyrinə kəskin dönüş baş verdi. Düşmənlərimiz “neft pulları hara xərclənir” davası aparanda Heydər Əliyev bir tərəfdən Xəzər uğrunda savaşı qazandı, imkan vermədi ki, orada ikinci Qarabağ düyünü yaransın, digər tərəfdən dağılmış iqtisadiyyatda Ümumi Daxili Məhsulun 15 faiz azalmasını, 1700 faizlik inflyasiyanın qarşısını aldı, qaranlıq ölkəni fasiləsiz enerji ilə və 300 mindən artıq məcburi köçkün üçün 103 qəsəbə inşa etməyə, ordu quruculuğuna son 20 ildə 36 milyard xərcləməyə imkan yaratdı. Gördüyünüz kimi, neft xalqımıza, ordumuza və qələbəmizə xidmət etdi. Beləliklə, bizim birinci şüarımız - iqtisadiyyatımız da Qarabağın işğalından xilas olub və Zəfər iqtisadiyyatı dövrü başlanır. Müharibə iqtisadiyyatından, hərbi iqtisadiyyat, sülh iqtisadiyyatına, Qalib Vətəndaşa yönələn Qələbə İqtisadiyyatına keçid başlanıb. Bəs alternativləri, fərqlı kursu biz necə görürük?

Dünyada qlobal iqtisadi sanksiyaların, ənənəvi bazarların əldən çıxdığı şəraitdə biz mütləq xaricdən asılılığı azaldan siyasət yürürməliyik.

Ölkəmizin sənaye potensialı çox böyükdür, lakin ixracda onun payı 5 faizdən yuxarı deyil. Vətəndaşlarımızı kütləvi xırda ticarətdən xilas etməyin bir yolu da kənd təsərrürfatı təyinatlı torpaqlarda kiçik emal sənayelərinin yaradılmasıdır. Məşğul əhalinin 36 faizi kənd rayonlarında məskunlaşıb. Lakin məşğul əhalinin cəmi 7 faizi sənaye sahəsindədir. Məlumat üçün, Avropa Birliyi ölkələrində aqrar məhsulun 75 faizi emal edilir. İndi Qərbin suçladığı Stalin 1928-33 illərdə sovet ağır sənayesinin 250 faiz və maşınqayırmanı 2000 dəfə inkişaf etdirib “biz sənaye ölkəsinə çevrildik” demişdi. İdeologiyasını və 5 illik planlarını bir kənara qoyaq, lakin Azərbaycanın bütün sahələrdə 44 günlük emal sənayesi proqramlarına ehtiyacı var. Bəlkə burada da Asan Xidmət modeli tətbiq olunsun. Kiçik və ora biznesi ÜDM-də 35 faizə çatdırmaq istəyiriksə, kənd təsərrüfatına verilən güzəştləri emal sənayesinə də tətbiq etməliyik. Bizim 2-ci şüarımız – “Emal et, idxal etmə!”

Biz əlbəttə, hər hansı xarici ölkə ilə müqayisələr aparırıqsa, o zaman bazis şərtləri eyni olmalıdır. İki Qarabağ müharibəsi və onun humanitar, iqtisadi nəticələri bizim dövlətimizi start vəziyyətində böyük itkilərlə başlamağa vadar etdi. Birinci Qarabağ savaşının hesabını bilirik - 20 faizlik torpaqların işğalı və əvəzi ödənilməyən 30 illik xərclər, bəs Vətən müharibəsinin hərbi xərcləri haqda müfəssəl məlumata malikikmi? O haqda rəsmi məlumatlar olmadığından, yalnız onu demək olar ki, loralar, bayraktarlar, müharibənin bir gününün büdcəmizə çox baha başa gəldiyini göstərir, lakin sadə vətəndaş bunu hiss etməyib. İndi məğlubların tribunasına çevrilən və Qələbəmizi əlimizdən almağa qalxan Avropa Şurası, yaxud digər təkilatların yalnız bir məqsədi var - bizi müstəqil dövlət olmaqdan məhrum etsinlər, qərarların Brüssel və Vaşinqtondan qəbuluna qədər hakimiyyətə təzyiq göstərsinlər.

Manatın coğrafiyası, ərazimizin genişlənməsi deməkdir...

Pandemiyaya qədər bizim milli valyutamız-manat Şimali Qafqazdan Gürcüstana, Türkiyədən İranla sərhəd ərazilərinə qədər tədavül vasitəsi kimi istifadə olunurdu. Manatın coğrafiyası nə qədər genişlənsə, sadə vətəndaşlarımız o qədər gəlirlər əldə edər. Bizim növbəti hədəfimiz - sərhədlər açılan kimi “Manatın Coğrafiyasını Genişləndirək!” İqtisadiyyat qaydaların tez tez dəyişməsini sevmir. Kaxa Bnedukidzenin adını çəkmək istərdim - o, Saakaşvili hakimiyyətində iqtisadiyyata rəhbərlik edirdi, Bendukidze deyir ki, qızılgül inqilabını edib, sonra bir yerə toplaşdıq, dedik, yaxşı hakimyyəti ələ aldıq, indi nə edək? Biz elə bir vergi qanunvericiliyi tətbiq etdik ki, onu çəkməçi də başa düşsün və ən aşağı vergilər olsun. Ölkəmizin vergi sistemimində böyük müsbət dəyişikliklər inkaredilməzdir. Biz çalışmalıyıq ki, sahibkarlarımız sabit və sadə qanunlarla işləsin.

Universiteti Qərbdə, ticarəti Şərqdə!

3 gün əvvəl Asiya Universitetində Nəsimi rayonunun dəyərli insanlarla görüşürdüm. Bu sözləri neft hasilatı azalır, birdən müxtəlif Avropa dövlətləri mavi yanacağa qarşı sanksiyalar tətbiq edib soyuqda qalmağı seçərlər, onda nə edərik, sualına görə deyirəm. Universitetin akt zalında görüş keçiririk, lakin düşüncəmdən silinmir ki, nə üçün belə parlaq bir adı seçən təhsil ocağı fəaliyyətini dayandırıb. Cəmi 8 fakültəsi, 270 tələbəsi olan bir universitet. Gənclərimiz niyə can atmayıb? Bəlkə təbliğatı düzgün qurmamışıq. Asiya qitəsi, dünyada 4.4 milyardı əhali yaşayır, Çin və Yaponiya ÜDM-nə görə 192 ölkə içərisində ilk onluqdadır. Böyük bir qitə ilə işləyəcək mütəxisslərimiz nə qədər çox olsa, iqtisadiyyataımızı bir o qədər şaxaləndirə, coğrafiyasını genişləndirə bilərik. Bizim ölkəmizdə Qərb universiteti var, çox sevinirik. Avropa bizim ticarət tərəfdaşlığımızda 36 faizlik paya malik bir qitədir. Lakin diqqət edin, biz Əfqanıstandan, İraka qədər görün nə qədər mal sata bilərik - İraqa 2012-ci ildə 418 milyon dollarlıq ticarət dövriyyəsi, indi olub cəmi 29 milyon dollar, Əfqanıstana isə 2014-də 275 milyondan indi düşüb 37 milyon dollara. Bizsə əlverişli, özü də çox sərt tələbləri olmayan bazarlar axtarırıq. Gecikmədən Asiya universitetini bərpa etmək, minlərlə kadrların hazırlğına başlamaq gərəkdir. Biz universiteti Qərbdə, ticarəti Şərqdə etməliyik!

Biz Ermənistana müraciət etməliyk ki, Qərbi Zəngəzurda istər nəqliyyat, istərsə də dəmir yollarının çəkilişinə yetərli maliyyə resurları yoxdursa, bizim ölkəmiz onu çəkməyə hazırdır, lakin o şərtlə ki, gələcəkdə bütün məsrəfləri geri almaq şərtilə.

Yaşıl Azərbaycan-Yaşıl SOCAR

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. “Xızı-Abşeron” Külək və “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.indi dünyada əksər neft şirkətləri öz təyinatlarını dəyişdirib çoxprofilli olur, yəni enrji şirəktələrinə çevrilir ki, yaşasınlar. Rusiya Ukrayna müharibəsi Qərb dövlətlərinin hamısında alterantiv enerji texnologiyaların inkişafını sürətləndirdi. Ona görə də biz təklfi edirik ki, itqisadi-sosial həyatımız üzərində hökmranlıq edən neftin tədricən ölkəmizdə yerini yaşıl enerjiyə-yaşıl Azərbaycana verməsini nəzərə alıb SOCAR-a alternativ, ya da onun özünü Yaşıl Enerji Şirkətinə çevirməyi təklif edirik. Dnbələrində belə köklü, tarixi dəyişiklik baş verirsə, kadr hazırlığı problemini həll etməkdir. Mütəxəssislər olmadan, ölkə miqyasında və ixrac tutumlu işləri gələcəkdə qoruub saxlamaq mümkün olmaz, yaxud, biz daim əcnəbilərə külli miqdarda ödənişlər etməli olarıq ki, onun səmərəsi ölkəmizə deyil. Qeyd edək ki, respublikamızda elektrik enerji istehlakının ümumi miqdarı 7-8 min meqavatdır və buna 5 milyard kubmetr təbii qaz sərf edilir. İndi bərpaolunan enerji ən azı 3 milyard kubmetr qənaət etməyə şərait yaradacaq ki, onu da dünya bazarına çıxara bilərik.

“Böyük Şəhərlər” siyasəti

Vətən müharibəsində Qələbədən sonra sayı 14 -ə çatdırılan iqtisadi rayonlar sırasında təkcə Quba rayonun daxil olduğu iqtisadi ərazi vahidinin ümumilikdə coğrafi ərazisi 7 min kvadrat kilometr olsa da, orada yaşayan əhali sayı cəmi 500 min təşkil edir. Halbuki Bakı şəhərinin ərazisi ölkə coğrafiyasının cəmi 5 faizi təşkil etsə də, ümumi əhalinin 26 faizə qədəri yaşayır və bu hər il 60 mindən artıq insan paytaxtın əmək, mənzil, nəqliyyat və ekoloji məkanına daxil olaraq gərginliyi daha da artırırlar. Daxili miqrasiyaya dair müəfəssəl, mötəbər məlumat bazasının hazırlanması mühüm vəzifələrdən biridir. Lakin alternativ metodlarla hesablamalara görə,məsələn, Abşeron rayonun bir məktəbində 1400 yerlik şagird əvəzinə 3 dəfə artıq öyrənci təhsil alır. Beləliklə, orada qeydiyyatda olan əhali sayından iki dəfə çox vətəndaşımızın yaşadğını tam əminliklə söyləmək olar. Biz 7 Böyük Şəhər siyasətini həyata keçirməyi təklif edirik. Sumqayıt və Gəncə ilə yanaşı, Quba, İsmayıllı, Lənkəran, Salyan və Tovuz rayonlarını Böyük şəhərlər siyasətinə-minimum 300 min insanın yaşadığı şəhərlər siyasətinə daxil etmək olar. Onların hər biri ölkəmizin bütün coğrafiyasını əhatə edir, fərqli sənaye potensialına, iqtisadi rayonlar sırasında ən böyük əraziyə və resurslara malikdilər. Hökumətin siyasəti imkan verəcək, ətraf rayonlar qabağı bu şəhərlərdə alınsın və 170 ildir paytaxta sürətli axının qarşısnı almaqda mühüm rol oynayacaqdır.

Biz elə etməliyik ki, vətəndaş rahatlıqla Xankəndindən-Lənkərana, Ağdamdan-Zaqatalaya, Kəlbəcərdən-Naftalana, Qubadlıdan-Qubaya gələ bilsin və onları birləşdirən bütün kommunikasiyalar, dəmir yolları və digər xətlər qurulsun. Obrazlı desək- Ərazi bütünlüyündən Yol bütövlüyünə!

Bir daha xalqımıza səslənirik, 30 illik ədalətsizliyi yox edən, haqqını bərpa edən millət, hər bir problem üzərində qələbə çalmağa qadirdir!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq