Cənubi Koreya ordusu: "Şimali Koreya qanadlı raketlər buraxıb"

img

24-01-2024 [09:59]


"Şimali Koreya Sarı dənizə doğru növbəti qanadlı raketlər atıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Cənubi Koreya ordusunun Baş Qərargahı açıqlayıb.

Qərargahdan bildirilib ki, yerli vaxtla saat 07:00 radələrində atılan raketlərin Şimali Koreyanın 2023-cü ilin sentyabrından sonra sınaqdan keçirdiyi ilk qanadlı raketlər olub.

Məlumatda deyilir ki, Cənubi Koreya bölgədə yaranan gərginliklə əlaqəli olaraq, ordunun sayıqlıq gücünün artırıb: "Paralel olaraq Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə əməkdaşlıq gücləndirilib".

Onu da qeyd edək ki, Şimali Koreyanın KCNA xəbər agentliyi yanvarın 19-da "Haeil-5-23" sualtı nüvə silah sisteminin də sınaqdan keçirildiyini yazıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA