Əməliyyatdan sonra ABŞ müdafiə naziri ilk dəfə göründü: "Özümü yaxşı hiss edirəm və tezliklə..." (FOTO)

img

24-01-2024 [00:28]


ABŞ müdafiə naziri  Lloyd Ostin prostatdan əməliyyat ounmasından sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 22 dekabr 2023-cü ildə gizli xəstəxanaya yerləşdirilməsi barədə Ağ Ev və Konqresi məlumatlandırmadığndan gərginlik yarandığından Ostin videokonfrans vasitəsilə Ukrayna Müdafiə Əlaqə Qrupunun aylıq iclasına qatılması böyük maraq doğurub.

ABŞ müdafiə naziri çıxşında belə başlayıb: "Hamınızı yenidən görmək çox gözəldir. Gördüyünüz kimi bu gün evdən iclasa qatılıram. Özümü yaxşı hiss edirəm və tezliklə Pentaqona - vəzifəmin başına dönəcəyimi səbirsizliklə gözləyirəm”. 

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA