Türkiyədə film kimi duel: silahlı şəxs yaşlı qadını özünə qalxan elədi və... - FOTO

img

23-01-2024 [11:45]


Türkiyənin İzmir şəhərində iki silahlı kişinin dueli "qan dondurub". 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, naməlium silahlı şəxs B.M adlı silahlı şəxsi qovalayıb.

Qovalanan B.M. güllədən yayınmaq üçün küçədən yaşlı qadını özünə qalxan edib.

Dramatik atışma isə bundan sonra başlayıb. 

Yayılan görüntülərə görə qovan şəxs qadını vurmamaq üçün çox çalışıb. Nəhayət, o, hədəfini ayağından güllələyib. Bundan sonra qalxan seçdiyi qadın və o, yıxılıb. Səs-küyün böyüməsindən sonra isə naməlum sui-qəsdçi isə qaçıb. 

Məlumata görə, yaralı B.M. təcili yardım maşını ilə Bayraklı Şəhər Xəstəxanasına çatdırılıb. Duelin digər tərəfindəki şəxs isə axtarılır.

Türkiyə mətbuatı yazır ki, hadisə dünən saat 18.00 radələrində Adalət məhəlləsi 1593/9-da baş verib. B.M-lə naməlum şəxs arasında küçədə mübahisə olub və hər şey də elə buradan başlayıb. 

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq