Əfqanıstan və Pakistan arasındakı sərhəd qapısı açılıb

img

23-01-2024 [11:09]


Əfqanıstan və Pakistan arasındakı Torkham Sərhəd Qapısı yenidən nəqliyyat vasitələrinə xidmət göstərməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nangerhar Polis İdarəsinin sözçüsü Abdulbasir Zabuli yerli mətbuata açıqlama verib.

Zabuli qeyd edib ki, 11 gün əvəvl qapadılan sərhəd qapısı artıq açılıb.

Taliban administrasiyasına bağlı "Bəxtər" xəbər agentliyinə danışan Torxam Sərhəd Qapısı Komissarı Molla Abdulcabbar da bu gün səhər saatlarından etibarən avtomobillərin sərhəd qapısından keçməyə başladığını təsdiqləyib.

Xatırladaq ki, Torkham Sərhəd Qapısı yanvarın 12-də Pakistan tərəfindən nəqliyyat vasitələrinin keçidi ilə bağlı viza problemi səbəbindən bağlanmışdı.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR