İsrail MN: "Qəzzada daha 21 hərbçimiz həlak olub"

img

23-01-2024 [10:29]


İsrail ordusu Qəzzada ağır itki verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat paylaşıb.

Nazirlikdən bildirilib ki, Qəzzada gedən döyüşlərdə son sutkada İsrail ordusunun 21 hərbçisi həlak olub, yaralılar var.

İsrail ordusunun məlumatına görə, Qəzzada HƏMAS yaraqlıları tamamilə yox olana qədər əməliyyat davam edəcək.

İsrail mətbuatı yazır ki, Qəzzada bir binanı mühasirəyə alaraq oranı minalayaraq dağıtmağa çalışan 21 İsrail əsgəri Həmas tərəfindən atılan raket nəticəsində çökən binanın altında qalaraq həlak olublar.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq