Qəzzada 11 min uşaq həlak olub

img

23-01-2024 [00:09]


İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 11 min uşaq həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisi hesabat yayıb.

Hesabata əsasən, savaşın 108 günə olan məlumata görə, hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib: "Bununla yanaşı, 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərə yaxın insan isə dağıntılar altında qalıb".

Hesabatda deyilir ki, bu günə qədər 70 min qəzzalının ev tamamilə dağılıb, 290 min ev isə zərər görüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq