Sabiq deputat Dünyamin Xəlilova hökm oxundu - Məhkəmə iclası (YENİLƏNİB)

img

22-01-2024 [17:47]


Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Dünyamin Xəlilov 14 il 9 ay, Azad Cavadov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror Dünyamin Xəlilovun 15 il, Azad Cavadovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib(Report).

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq