“I” ƏMƏLIYYATI, yaxud iki bacının yeni sərgüzəştləri
                22-01-2024 [16:39]
Əli Cabbarov
***
Hazırda Şərqi Aralıq dənizindən tutmuş qardaş Pakistana qədər geniş bir coğrafiyada hamının odla oynadığı dönəmdə Fransanın da minlərlə kilometr aralıda oturub, Azərbaycana qarşı yürütdüyü cəfəng sanksiya tipik bir “I” əməliyyatına bənzəyir.
Söhbət yalandan hansısa bir problem uydurub, onun kölgəsi altında əsl problemi insanların gözündən pərdələmək cəhdindən gedir. Sovet dövründən yaddaşımızda yaxşı qalmış məşhur “I” əməliyyatı filmindəki anbar müdiri kimi sonda fiaskoya uğrayacaq belə oyunbazların əsl məqsədi isə kirli əməllərini gizlədə bilmək üçün hamının gülüş hədəfi olan bir komediya qurmaqdır.
Bəri başdan bildirək ki, məqsədi nə olursa-olsun böyük güclərin belə planlarının hədəfinin türk-müsəlman dünyası olduğu açıqca ortadadır. İmperial maraqları dairəsində 100-200 il əvvəl olduğu kimi, xalqların ərazilərinə birbaşa hərbi müdaxilənin mümkün olmadığı bir dövrdə hegemon Qərb hər hansı bir bəhanədən istifadə etməklə regionlara soxulmaq, orada varlığını davam etdirmək üçün belə dırnaqarası əməliyyatların vacibliyinə inananların sayını getdikcə artırmaqdadır. Azərbaycanın Qarabağ müharibəsində tam qələbəsindən sonra insan hüquqları bəhanəsi altında Ermənistanda yerləşmək istəyən Fransanın Afrikada itirdiklərinin əvəzini Cənubi Qafqazda qazanmaq üçün verdiyi ikiüzlü qərarlar belə gülünc əməliyyatların ekranlaşan səhnəsidir. Pərdə arxasındakı əsas “I” əməliyyatının məqsədi isə filmdə də olduğu kimi, şübhəsiz ki, pul qazanmaq, keçmişdəki saxtakarlıqları ört-basdır etməkdir!
Tarixboyu müstəmləkəçi dövlətlər zəhmət çəkmədən, tər tökmədən yağ-bal içində yaşamağın dadını yaxşı bilirlər. Elə 30 il ərzində Azərbaycanın işğal etdiyi torpaqlarından hər cür yeraltı, yerüstü sərvətləri çapıb talayan Ermənistan da başqasının torpağından qovulandan sonra həmin havayı gəlirləri unutmamış deyil. Bəlkə, buna görədir ki, yalnız Afrika ölkələrinin deyil, elə təkcə Azərbaycan boyda geniş ərazisi olan qaradərili Fransız Qvianasının sərvətləri hesabına Yelisey sarayının ağ xanımlarına dəbdəbəli həyat bəxş edən fransız imperializminin bu dırnaqarası müsbət təcrübəsi başqa torpaqlar hesabına zəngin olmaq istəyənlərin iştahasını yamanca artırıb. Ancaq işin tərsliyindən Ermənistanı yaxıb-yandıran revanşizm hisslərindən qidalanıb öz varlığını Cənubi Qafqaza yeritmək istəyən fransızlar qlobal rəqabətdə nə qədər uduzduqlarını hələ də başa düşə bilmirlər.
Misal üçün bir zamanlar dünyada əsas beynəlxalq dil olmuş fransız dilinin öz mövqeyini nədən ingiliscəyə uduzmasını həzm edə bilməyən Fransa bunun səbəbini ya Makron kimi təlxəyin başına vurulan yumurtanın qalın qabığında, ya da ki Zidanın italyan futbolçu Materaziyə kəllə atdığı zaman aldığı qırmızı kartda görürlər. Əl-Cəzair əsilli Zidanla işimiz yox, amma bu bəllidir ki, bir neokolonialist dövlət kimi Fransanın son dönəmdə aldığı qırmızı kartlar onun qlobal siyasətdən çox kənarda qalması və bunun nəticəsində oyun qaydalarını kobud surətdə pozaraq cəzalandırılması ilə bağlıdır.
Fransızsayağı “I” əməliyyatının baş rolundakı Makron və Paşinyan ikilisi bir-birini ideal tamamlayan və istəyəndə tərəf müqabilini ayaqda alqışlayan, istəməyəndə bir az da “flört” edən, amma sonunda “iki bacı formatı”ndan uzağa gedə bilməyən komik tiplərdirlər. Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini və onun heç cür bata bilməyəcəyi dostlarının olduğunu yaxşı bilə-bilə Makronun beçə xoruzlar kimi ortaya düşüb banlaması Ermənistandakı Kim kimilərin sinəsinə yağ kimi yayılsa da, bu günün reallığı odur ki, Azərbaycanın Qarabağ Zəfəri təkcə dünya erməniliyinə öldürücü zərbə olmadı, bu qələbə həm də Cənubi Qafqaz bölgəsi də daxil olmaqla bütün Yaxın Şərqi qarışdırmağa yönəlmiş fay xətlərini yerindən oynatdı. Bu mənada, 2020-ci il 10 noyabr zəlzələsindən sonra özünə gələ bilməyib, ondan sonrakı afterşoklarla daha da sarsılan hazırkı intizamsız dünya düzəni artıq yeni bir Ermənistan-Azərbaycan müharibəsi alovlandıra bilməyəcəyini görüb bölgədəki digər dövlətləri bir-birinə uzaqmənzilli raketlər atdıran, hətta gülünc motorlu paraşütlərlə sərhədi tullanıb keçən ölkələr halına gətirdilər. İş o yerə çatdı ki, bir-birləri ilə qonşuluqda heç bir faktiki problemi, yaxud torpaq iddiası olmayan bölgəmizdəki müsəlman ölkələri haradasa mövcud olan, bəlkə də, heç olmayan hansısa bir şeytanın acığına qonşudakı ikiyaşlı uşaqları öldürməkdən çəkinmir, sonra da bunun okeanın o tərəfində planlanan sirli bir əməliyyatın sonucu olduğunu açıqca etiraf edirlər.
Okeanın hansı tərəfində olursa-olsun, amma bu da açıqca görünür ki, uzun illər Əfqanıstanı qan və yoxsulluq içində boğan, İraqı işğal edib buradakı qədim İslam mədəniyyətini İŞİD terroru ilə məhv etdirən, Suriyanı parçalara bölüb terror yuvasına çevirən həmin ssenaristlər çox asanlıqla Rusiyanı Ukrayna ilə, İranı Pakistanla qarşı-qarşıya qoymaqla, əslində, humanitar faciə janrında Oskar qazana biləcək ən usta oyunçulardırlar.
Bəli, müasir texnologiya Marsa uçduğu bir dövrdə Yerdə hələ də hər gün yüzlərlə, minlərlə insanın ölümünə səbəb olan pərdəarxası müharibə planları hazırlanır. Bu planları pozmaq, konkret olaraq hazırda Cənubi Qafqazda yaranmış nisbi sabitliyi davamlı sülhə çevirmək üçün Azərbaycanla Ermənistan arasında günün mövzusunun sülh müqaviləsi və kommunikasiyaların açılması olduğu bir dönəmdə “Əl çəkin, cənablar, qoyun Cənubi Qafqaz rahat yaşasın”, – deyən dövlət başçımız cənab İlham Əliyevin bu bəyanatı bölgəmizdə kiminsə daha bir “I” əməliyyatına qurban getməməsi üçün çox açıq bir mesajdır. Özlərinə yeni qurbanlar axtarıb fürsət düşən kimi boğazına çökən bu canavarların çirkin planlarını pozmaq üçün isə, sadəcə, xalqını düşünən dürüst siyasətçi olmaq yetərdir.
MİA.AZ
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb