"Ağdamlıların çox istifadə elədiyi maraqlı sual ortaya çıxır: “Axı nə ilə, Alış?” - Deputatdan namizədlərə mesaj

img

22-01-2024 [13:22]


“Namizədlərin özləri də İlham Əliyevin alternativinin olmadığını çox yaxşı başa düşürlər”.

Mia.az xəbər verir ki, bu fikirləri fevralın 7-də keçiriləcək prezident seçkilərinin təşviqat mərhələsində namizədlərin efir çıxışlarını dəyərləndirən Milli Məclisin deputatı Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili prezidentliyə namizədlərin iştirakı ilə keçirilən debatları diqqətlə izlədiyini bildirib:

“Düzdür, debatlarda maraqlı çıxışlara rast gəlinir. Məsələn, uşaqpulu, əmək haqqı məsələləri qabardılır, hətta seçicilərə maaşların artacağı vəd olunur və sair. Ancaq bu yerdə ağdamlıların çox istifadə elədiyi maraqlı sual ortaya çıxır: “Axı nə ilə, Alış?”

Ölkəmiz ağır müharibədən çıxıb, iqtisadiyyatımız yenidən qurulur. O namizədlərin səsləndirdiyi problemlərin hamısını prezident İlham Əliyev əzbər bilir. Hər il maaşlar və müavinətlər artırılır.

Namizədlərin özləri də İlham Əliyevin alternativinin olmadığını çox yaxşı başa düşürlər. Lakin hazırki prosesləri müsbət qiymətləndirmək olar. Çünki yüksək reytinqli şəxslə necə rəqabət aparıla biləcəyini, seçicilərinin və özlərinin nəyə qadir olduqlarını öyrənirlər. Bir sözlə, güclərini sınayırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR