Masallı sakini avtomat silahla Göyçayda tutulub - Təfərrüat (FOTOLAR)

img

22-01-2024 [11:00]


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər də qaçaqmalçılıq və narkotiklərin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş 29 yaşlı Elməddin Rzayev saxlanılıb.

Onun üzərində olan bağlamaya baxış keçirilərkən 4 kq 625 qr qurudulmuş marixuana, 1 kq həşiş, 2 kq 255 qr tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı “Whatsapp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib.

Qeyd edək ki, E.Rzayev 2019-cu ildə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitə gətirmək istəyərkən yaxalanaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR