Hizbullah: "Livana hücum etməyə hazırlaşan İsrail qüvvələrini vurduq"

img

22-01-2024 [10:42]


"Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail qüvvələrini vurduq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu açıqlamanı Livanda yerləşən Hizbullah Qruplaşması yayıb.

Açıqlamada bildirilib ki, İsrailin “Zirit” hərbi məntəqəsi ətrafında Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail əsgərləri raketlə vurulub: "Hədəf tam dəqiqliklə vurulub. İsrail tərəfində ölən və yaralananlar var".

Xatırladaq ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana yaşanan toqquşmalarda ilk dəfə olaraq İsrail əsgərlərinin qurudan Livana hücum hazırlığında olduğu açıqlanıb.

Onu da qeyd edək ki, bu gündək baş verən qarşılıqlı hava zərbələrində 164 Hizbullah üzvü, 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 israilli hərbçi həlak olub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR