Antalya çimərliklərində şok fakt: tapılan cəsədlərin sayı 6-ya yüksəlib (FOTOLAR)

img

22-01-2024 [09:08]


Türkiyənin turİzim bölgəsi olan Antalya şəhərinin çimərliklərində son 5 gündə 6 cəsəd tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aksu rayonunda 5 ulduzlu otelin işçiləri tərəfindən tapılan ilk cəsəddən sonra polis ərazidə geniş araşdırmaya başlayıb.

Məlumata görə, nəticədə son 5 gündə dəniz dalğalarının sahilə 6 insan cəsədi yuvarlaması aşkarlanıb.

Türkiyə mətbuatı bu cəsədlərin hansasa batan gəmilərdə olan qanunsuz miqrantlara məsus olması üzərində işləyir: "Güman ki, bu cəsədlər Yunanıstana getmək istəyən miqrantlara məxsusdur. Hazırda polis cəsədləri hərtərəfli araşdırır".

Lamiyə Əhmədli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA