İranda hərbi hissədə silahlı insident: 5 hərbçini güllələyən əsgər qaçıb

img

22-01-2024 [00:34]


İranın Kirman şəhərində hərbi kazarmada silahlı insident baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

İran Ordusu Cənub-Şərqi Regional Qərargah komandanı Əmir Qulaməliyan hadisə ilə bağlı bildirib ki, əsgərlərdən birinin hərbi hissənin yataqxanasında hərbçi yoldaşlarını atəşə tutub: "Nəticədə 5 nəfər həlak olub".

General qeyd edib ki, hadisə hərtərəfli araşdırılır: "Silahlı insidentin səbəbi hələ məlum deyil. Hadisədən sonra qaçan əsgərin tutulması üçün əməliyyat başlayıb".

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq