İtaliyanın Baş naziri tarixçi alimlə İstanbulu dolaşdı - Meloni xalça mağazalarına və zərgərlərə baş çəkib (FOTO)

img

22-01-2024 [00:27]


İtaliyanın baş naziri olduqdan sonra ilk dəfə Türkiyəyə rəsmi səfər edən Giorgia Meloni prezident Ərdoğanla görüşdən əvvəl İstanbulda Kapalıçarşıya gedib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk şirniyyatlarını çox sevən Meloni daha sonra Kapalıçarşıda zərgərlik və xalça mağazalarına baş çəkib.

Məlumata görə, Kapalıçarşıda Melonini məşhur türk tarixçisi, professor İlber Ortaylı müşayiət edib.

Baş nazir daha sonra tarixçi alimlə birgə tarixi restoranda nahar edib.

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR