PSJ Kilian Mbappeyə 400 milyon avro təklif edib: "Komandada qal!"

img

19-01-2024 [16:18]


Müqaviləsi mövsümün sonunda bitəcək Kilian Mbappe üçün PSJ kisənin ağzını açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  klub ona "komandada qal!" təkifni edib və bunun üçün 4 illik müqavilə imzalamasını istəyib.
 
"RMC Sport"a danışan fransız jurnalist Stephane Guy bildirib ki, PSJ Mbappeyə komandada qalması üçün 400 milyon avro təklif edib: "Maraqlıdır ki, fFransız qolçu illik 100 milyon avro olmaqla, 4 illik müqavilə təklifinə nə hə, nə də yox deyib. Qeyri-müəyyənlik davam edir. Ancaq görünən odur ki, PSJ onu "Real Madrid" və ya "Bavariya"ya buraxmaq niyyətində deyil".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq