Bakıda qadın güllələnib (Yenilənib)

img

18-01-2024 [15:52]


Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb.

Mia.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

***

Bakıda qadın güllələnib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq