İordan çayının qərb sahilində daha 24 fələstinli həbs olunub

img

16-01-2024 [11:56]


İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri son sutkada da İordan çayının qərb sahilindəki Hebron, Cenin və Qalkilya şəhərlərinə basqın edib: "İsrail qüvvələri Hebronda 16, Cenin Yabed səmtində 6, Qalkilyada isə 2 fələstinlini həbs edərək, naməlum istiqamətə aparıblar".

Məlumatda o da deyilir ki, Ramallahın şimalındakı Sencel qəsəbəsində sivil yəhudilər fələstinlilərin avtomobillərinə hücum edib: "Nəticədə yüngül yaralananlar var. Xeyli maşına isə zərər verilib".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA