Türkiyədə 12 şəhərdə İŞİD üzvlərinə qarşı əməliyyat aparılıb - Daha 15 nəfər tutulub, 4 nəfər axtarılır

img

16-01-2024 [10:25]


Türkiyədə 12 şəhərdə İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir şəhər Jandarma Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmir komandanlığının rəhbərliyi ilə 12 şəhərdə eyn vaxtda həyata keçirilən koordinasiyalı əməliyyatla İŞİD-ə yardım etməkdə şübhəli bilinən 19 nəfərin yerləri mü\əyyən olunub: "Onlardan 15-i saxlanılıb, digər 4 şübhəlinin tutulması istiqamətində əməliyyat davam edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA