Türkiyə İraq və Suriyanın şimalında növbəti əməliyyat keçirib, 23 hədəf məhv edilib

img

16-01-2024 [00:14]


Türk qırıcıları İraq və Suriyanın şimalında terrorçulara havadan növbəti dəfə zərbələr endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava əməliyyatlarında 23 hədəf məhv edilib: "Terror təşkilatı PKK/YPG/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi məqsədilə İraq və Suriyanın şimalından türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması, Sərhəd təhlükəsizliyi, özünümüdafiə hüquqlarına uyğun olaraq saat 22:00-da İraqın və Suriyanın şimalındakı Metina, Hakurk, Qara və Qəndil bölgələrindəki terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Əməliyyatlarla terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar, tunel sursat/material anbarları, ləvazimat və qurğular daxil olmaqla, ümumilikdə 23 hədəf məhv edilib. Bu əməliyyatlarda bir çox terrorçu yerli və milli sursatdan istifadə edilərək zərərsizləşdirilib".

Nazirlik bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə əzmlə davam etdiriləcək.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq