"Başakşehir"in israilli futbolçusu sərbəst buraxıldı

img

16-01-2024 [00:04]


“Başakşəhər”in israilli futbolçusu Eden Karzev sosial media hesabında yazdığı paylaşımdan sonra saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğunda ifadəsindən sonra Karzev sərbəst buraxılıb.

Xatırladaq ki, "Antalyaspor" - "Trabzonspor" matçında qol vurduqdan sonra saxlanılan israilli futbolçu Sagiv Jehezkelin İsrailin Fələstinə  hücumlarına dəstəyindən sonra "Başakşehir"in israilli futbolçusu Eden Karzev də Qəzzadakı savaşıın 100-cü günü ilə bağlı sosial media hesabında paylaşım edib.

Bu paylaşımdan dərhal sonra "Başakşehir" FK israilli futbolçu Eden Karzevi qınayıb, eyni zamanda, ondan izahat tələb edib.

Onu da qeyd edək ki, "Antalyaspor"un israilli futbolçu Sagiv Jehezkel etdiyi hərəkətə görə ölkədən deport olunub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq