Dövlət Məşğulluq Agentliyi "Real"a 60 min ödəyəcək - Xəbər reklamına görə

img

15-01-2024 [17:49]


Dövlət Məşğulluq Agentliyi bir mənbədən satınalma formasında keçirdiyi tender müsabiqəsinin nəticəsinə əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) ilə müqavilə imzalayıb.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Agentlik maarifləndirici xarakterli məlumatların və informasiyanın yayılması xidmətlərinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə 2024-cü il ərzində 60 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, ölkənin aparıcı televiziya kanallarından biri olan REAL TV tenderin qalibi olan “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-yə məxsusdur.

“Real Təhlil İnformasiya Mərkəzi” MMC 22 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Mirdilavər oğlu Ağayevdir.

Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 49.1.1. maddəsində açıq şəkildə göstərilir ki, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda tender müsabiqəsi bir mənbədən satınalma metodu ilə keçirilə bilər.

Qeyd edək ki, tender müsabiqəsində nəzərdə tutulan xidmətləri – maarifləndirici xarakterli məlumatların və informasiyanın yayılmasını yalnız REAL TV-i təqdim etmir. Hazırda onlarla şirkət (təchizatçı) bənzər xidmətlər təqdim edirlər. Bu səbəbdən Dövlət Məşğulluq Agentliyinin müsabiqəni bir mənbədən satınalma metodu ilə həyata keçirməsi başa düşülən deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq