GEC QALMIŞ GÜCLÜ ƏDALƏT... - Əli Cabbarov yazır
12-01-2024 [19:46]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Parlaq qələbə ilə bitən böyük bir tarixi dönəmi arxada qoyub yeni hədəflərə doğru yönələn Azərbaycan tam suveren ərazimizdə keçiriləcək ilk prezident seçkilərinə və dünyanın ən böyük beynəlxalq tədbirinə – COP29-a hazırlaşdığı bir zamanda ötən illərin xronologiyasına qısa bir baxış uca ədalətin gec də olsa, güclü zəfərinə inamlarımızı bir daha möhkəmləndirdi.
Xalqımız tarix yazan lider İlham Əliyevin “Biz mövqelərimizdən heç yerə qayıdan deyilik” bəyanatını izlədikcə ədalətə inanmağın nə qədər gözəl bir hiss olduğunu yaşayaraq gördü və yeni tarixi bir dövrdə yaşamağın daha da gözəl olacağı xəbərini hamılıqla paylaşdı. Çünki ədalət həmişə bizimlədir.
Bunun əksinə hələ də şərti olan sərhədin o tayında, Ermənistanda isə kimi xaricə köçmək üçün sənədlərini hazırladığı, kimi separatistlərə Fransada fəxri vətəndaşlıq almaq üçün pullar topladığı, kimi də Rusiyaya girişdən geri qaytarılan mallarını satmağa çalışdığı bir zamanda düçar olduqları həqqi-adil cəzanın bölüşdürülməsi əsl problemə çevrilib. Azərbaycanla müharibədə uduzanın ayrı-ayrı ermənilər deyil, çürük “Ayastan” ideologiyası olduğunu hələ də başa düşməyən və bu da azmış kimi hər gün Baş nazirinin təzadlı çıxışlarından çaşbaş düşən erməni cəmiyyəti də baş verənlərin sanki Marsın qəzəbi, yaxud Kimin xəyanəti ucbatından olduğunu zənn edir, hər addımda ya Rusiyanı, ya da az qala uzaq Tanzaniyanı günahlandıraraq buradakı erməni icmasına lazımınca diqqət edilmədiyinə görə əməlli-başlı əks-kampaniya başladır. Yalan, yaltaqlıq və vandallıq əməllərinə görə ölüb yerə girən beş-on nəfər babat erməni də beləcə, sonunda bu kampaniyaya qoşulmaqla özlərinin Tiqranın ən layiqli nəvələri olduğuna inanıb, dolmadan balqabağa qədər hər şeyin vətəninin Ermənistan olduğunu deməkdən heç utanmırlar. Utanmaq bir yana, bu gün ermənilər üçün yenidən kiminsə qanadının altına sığınıb yeni revanşist xəyallara qapılmaq da bu cəmiyyətin sağalmaz xəstəliyi kimi vaxt¬aşırı metastaz verib hər kəsin ürəyini bulandırır. Nəticədə, sanki sonu görünməyən tunelin içinə girmiş kimi başlarını itirmiş erməni başbilənlər Günəşin Ağrı dağından çıxdığını, ya da batdığını seçə bilməyən yarasalar kimi sağa-sola vurnuxurlar. Parlaq işıqdan gizlənib həqiqəti görmək istəməyən kor gözlər üçün isə “dəmir yumruğ”un son çarə olması, beləcə, uca ədalətin bir təntənəsi olaraq ermənilərin heç zaman yadından çıxmayacaq.
2024-cü il ölkəmiz üçün yeni yolun başlanğıcı, bütöv, tam suveren ərazimizdə yaşıl iqtisadiyyat, yenidən qurulan Qarabağ, Naxçıvanı böyük torpağa addım-addım yaxınlaşdıran Zəngəzur, ekologiya, turizm, idman və mədəniyyət ili olacaq. Azərbaycanlılar yeni ildə öz qalib Prezidentinin ətrafında daha sıx birləşib, haqlı nailiyyətləri ilə fəxr edərək yeni hədəflərinə çatmaq üçün bütün güclərini ortaya qoyacaqdır. Həmişə Uca Haqqın ədalətinə inanmış Azərbaycanın yeraltı və yerüstü zənginlikləri dünyanın milyonlarla insanının evinin çırağı, süfrəsinin bərəkəti olacaq. Bu ildən artıq Yaşıl dünya naminə səfərbər olmuş 10 milyonluq Azərbaycanın torpağı, Günəşi, dənizi, suyu, havası təkcə özünün deyil, yüz milyonlarla dünya əhalisinin də sağlam həyatı üçün əsl sərvətə dönəcək. Dünya, Avropa görəcək ki, bir zamanlar Azərbaycana qarşı edilmiş hər bir hücum, verilmiş hər bir ədalətsiz qərar indi nə qədər onlar üçün utandırıcıdır. Yeri gələndə öz doğma qardaşını belə od-alova qərq edən rus canavarı qarşısında həmrəy ola bilməyib tipik Avropa ikili standartına qurban getmiş qoca qitənin demaqoqlarının bu gün soyuqdan donmamaq üçün Azərbaycanın qapısında növbəyə durmaları da, bu mənada, otuz il əvvəlki haqsızlıqlar qarşısında sanki Uca Ədalətin bir başqa cəzasıdır, deyilmi?! Odur ki, bu gün Parisin siçanlar oynayan ara küçələrində Azərbaycana qarşı kirli planlar cızan göygöz müsyölər bir gün Jordan ağa kimi başına-gözünə döyəndə daha çox gec olacağını unutmamalıdırlar. Ədalət tərəzisinin qarmağı iti, çəki daşı da çox ağır olur axı!
Azərbaycan özünün müstəqilliyə, tam suverenliyə gedən yolunda çox qurbanlar verib, olmazın haqsızlıqlarla qarşılaşıb, çətinliklərə sinə gərib. Lakin həmişə Uca Haqqın ədalətinə sığınan xalqımız bütün bəlalara qarşı səbir edib, həmişə rəhbərinin ətrafında sıx birləşməyi bacarıb. Bununla da xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev, suverenliyinin memarı Prezident cənab İlham Əliyev kimi liderlərin rəhbərliyi altında yaşayıb mübarizə aparmaqla Azərbaycan böyük ƏDALƏTƏ qovuşub. Bu isə hazırkı çətin dünyada, əslində, hər kəs üçün vacib olan ədalətli həyat, ədalətli siyasət, ədalətli mübarizə, ədalətli mühakimə, ədalətli mövqe, ədalətli şərtlər, ədalətli zəfər və ədalətli sülhdür. Yanvarın 10-da dövlət başçımızın ölkə telekanallarına verdiyi üçsaatlıq müsahibədə tam iyirmi yeddi dəfə işlətdiyi “ədalət” kəlməsi də məhz buna görə bizim üçün bu qədər yaxındır.
Qoy ədalət həmişə haqlı olanla olsun!
MİA.AZ
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam